Finance Consulting and Audit 25 ildən çox təcrübəyə sahib maliyyə və mühasibatlıq şirkətidir. İndi isə öz təcrübəmizi paylaşmaq qərarına gəlmişik. FCA Training Centre təşkil etdiyi təlimlərlə, sizin, mühasibatlığın praktiki tərəfi haqqında biliklərə yiyələnməyinizi təmin edir. Təlimlər Peşəkar Mühasib Sertifikatı əldə etmiş, hal hazırda mühasib və baş mühasib vəzifələrində çalışan əməkdaşlarımız tərəfindən keçirilir. Eyni zamanda, Auditorlar Palatasının Üzvü olan direktorumuz, real iş mühitində sizinlə təcrübələrini bölüşəcək, suallarınızı cavablayacaq.
Bu gün bütün sahələrdə praktika arzuolunan olsa da, təəssüf ki, çox zaman müxtəlif kurslar və təlimçilər tərəfindən praktika keçirilmir və ya qazanılmır. Biz praktikaya əsaslanan real işlər üzərində biliklərinizin artırılmasını hədəfləyirik!
Hədəfimiz, cari əmək bazarına peşəkar və ixtisaslı kapital kimi çıxış etməyinizə nail olmaqdır! Bunun üçün təlim aldığınız müvafiq sahələrdə real ekspert və təlimçilərlə təcrübənizi artıracaq, real problemlərin həllini öyrənəcəksiz! Eyni zamanda hədəflərimizdən biri də kadr ehtiyyat bazası yaratmaqdır.
Müvəffəq olan iştirakçılar arasından həm öz şirkətimizdə həm də əməkdaşlıq etdiyimiz şirkətlərdə işlə təmin olunma şansı yaradılacaq!