AzərbaycanMobilMobilŞəhər nömrəsi B.E-B 09:00-18:00 +99450 777 9011+99450 777 9011 B.E-B 09:00-18:00 +99412 496 17 38
info@fca.az
Peşəkar
Komanda
Keyfiyyətli
Xidmət
Məmnun
Müştərilər
TƏKLİF AL
FCA > Xidmətlərimiz > İnsan Resursları Xidməti

İnsan Resursları Xidməti

Hər bir şirkətdə heyətin effektiv idarə edilməsi üçün düzgün insan resursları strategiyası tətbiq edilməlidir. Bu effektiv idarəetməni təmin etmək isə bizim işimizdir!

İşçi heyəti ilə şirkət və müvafiq dövlət qurumları arasında yaranan münasibətlər, onların düzgün tənzimlənməsi, heyətin inkişaf prosesinə nəzarət, potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması insan resurslarının əsaslarıdır. Bu baxımdan “ Finance Consulting and Audit ” şirkətinin insan resursları xidmətləri, sizin insan resurslarının planlaşdırılması və idarəedilməsi ilə bağlı yaranacaq problemlərinizi effektiv həll etməyə kömək edəcək. Şirkət daxilində yaranan işçi ehtiyaclarının vaxtında və effektiv qarşılanmasını, işçi axınının qarşısının alınmasını təmin edəcəkdir. 

İnsan resurslarına dair sizə göstərəcəyimiz xidmətlər:

  • İnsan resursları sisteminin inkişaf prosesinə nəzarət, potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması
  • İşçi heyətinin seçimi və işə qəbulu
  • İşçilərin şəxsi fayllarının yaradılması və idarə olunması, iş vaxtının uçotuna nəzarət, işə qəbul və işdən azad edilmə ilə əlaqədar sənədləşmələrin təşkili
  • Bütün vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanmasının təmin olunması
  • Elektron hökumət portalında (E-gov) tələb olunan əməliyyatların icrası
  • İşçilərin sosial və icbari sığortası prosedurları
  • Xarici vətəndaşların işə qəbul prosesini təşkil etmək, onlara müvəqqəti, daimi yaşamaq icazələrinin, iş icazələrinin alınması
  • Məzuniyyət uçotunun aparılması
  • Əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı hesablamaların aparılması
  • Əmək haqqının hesablanması prosesində iştirak
  • Aylıq, rüblük və illik olaraq müvafiq hesabatların hazırlanması və təqdim edilməsi
  • Əmək münasibətləri ilə bağlı hüquqi rəylərin verilməsi
  • Sifarişçi şirkətlərə insan resursları təcrübələrini tətbiq etmək imkanlarını təmin etmək
  • Qanunvericilik , qaydalara əməl və inkişaf üçün mənbə təmin etmək
  • Xərcləri azaldacaq siyasət və prosedurların inkişaf etdirilməsi
  • Konsaltinq xidmətlərinin göstərilməsi
  • Əmək müqavilələrinin hazırlanması və portalda qeydiyyatı
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyi çərçivəsində bütün xidmətlər
  • Vergilər idarələrinə, Dövlət Sosial Müdafiə Fonduna, Dövlət Statistika Komitəsinə, Dövlət Məşğulluq Fonduna və digər dövlət idarələrinə aylıq, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsi
  • Mənfəət və zərər hesabatı
  • Peşə və mədəni təhsil səviyyəsinin inkişafını təmin etmək
  • İşçilərin iş qabiliyyətinin inkişafinın təmin edilməsi
  • Əmək məhsuldarlığında artımın əmək haqqının artım sürətindən üstünlüyünün təmin edilməsi
  • İşçilərin əməyinin nəticələrinə və müəssisənin fəaliyyətinə maddi marağların artımının əldə olunması
  • Hər bir işçinin qovluğunun saxlanması

“ Finance Consulting and Audit ” şirkətinin qazandığı etibarın təməlində, Azərbaycan Respublikasının elitasına daxil olan müştərilər ilə uzunmüddətli və müvəffəqiyyətli əməkdaşlıq durur. Bu əməkdaşlığın zamini isə peşəkarlığımız, məsuliyyətimiz və komandamızın davranış etikasıdır.

Professional
Komanda

Çoxillik təcrübələri ilə mütəxəssislərimiz istənilən tapşırığınızı ən optimal üsulla həll edir.

Mütəmadi
Məlumatlandırma

İşlərinizin gedişatınız bütün mərhələlərdə sizə hesabat edərək işə nəzarətə rahat şərait yaradırıq.

Xidmətlərimiz

XİDMƏTLƏR PDF YÜKLƏXidmətlərimiz haqqında buradan öyrənin!

Dəstək

Bizə istədiyiniz vaxt müraciət edə bilərsiniz. Elə indicə, bizə zəng edin və ya e-mail vasitəsilə sizi maraqlandıran suallarınızı ünvanlayın. Xidmətlərimizdən yararlanmağa və biznesinizdə müsbət dinamika əldə etməyə tələsin!

+994507779011
info@fca.az

Share This
error: Kontentin müəllif hüquqları qorunmaqdadır.