AzərbaycanMobilMobilŞəhər nömrəsi B.E-B 09:00-18:00 +99450 777 9011+99450 777 9011 B.E-B 09:00-18:00 +99412 496 17 38
info@fca.az
Peşəkar
Komanda
Keyfiyyətli
Xidmət
Məmnun
Müştərilər
TƏKLİF AL
FCA > Xidmətlərimiz > Əmək Haqqının Hesablanması

Əmək Haqqının Hesablanması

Əmək haqqı iş qüvvəsinin pulla ifadə olunan qiymətidir. Bu qiymət, mürəkkəb iqtisadi münasibətləri ifadə edir. Lakin, bu mürəkkəblik bizi qorxutmur!

Müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu əmək haqqı adlanır.

Müxtəlif istehsal şəraiti üçün əmək haqqının konkret forma və sistemlərinin seçilməsi, sərf edilmiş əməyin kəmiyyət və keyfiyyətindən asılı olaraq əmək haqqının hesablama və tətbiqi qaydaları əməyin ödənilməsinin təşkilinin mühüm tərkib hissəsidir. Bu növ mühüm işlərin öhdəsindən gəlməyi isə “ Finance Consulting and Audit ” şirkətinin peşəkar işçi qrupu öz öhdəsinə götürür.

 

 

Əmək haqqının hesablanmasına dair sizə göstərəcəyimiz xidmətlər:

  • Əmək haqqlarının hesablanması
  • Əmək haqqları üçün plastik kartların sifarişinin təmini
  • Əmək haqqlarının plastik kartlara köçürülməsi
  • Vergilər idarələrinə, Dövlət Sosial Müdafiə Fonduna, Dövlət Statistika Komitəsinə, Dövlət Məşğulluq Fonduna və digər dövlət idarələrinə aylıq, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsi
  • Büdcə və proqnozlaşdırma
  • Işlənmiş vaxtın – saat, gün, həftə kəmiyyətinə uyğun olaraq hesablanması
  • Pul vəsaitlərinin hərəkət proqnozu
  • Pul vəsaitlərinin idarə edilməsi
  • Məsləhət xidməti
  • Mühasibat sisteminin yaradılması
  • Aylıq, rüblük və illik tənzimləmə hesabatlarının hazırlanması
  • Mənfəət və zərər hesabatı
  • Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
  • Bankın jurnal hesabatı
  • Peşə və mədəni təhsil səviyyəsinin inkişafını təmin etmək
  • İşçilərin iş qabiliyyətinin inkişafinın təmin edilməsi
  • Əmək məhsuldarlığında artımın əmək haqqının artım sürətindən üstünlüyünün təmin edilməsi
  • Əməyin miqdarı və keyfiyyətindən asılı olaraq ödənişin təşkili
  • İşçilərin əməyinin nəticələrinə və müəssisənin fəaliyyətinə maddi marağların artımının əldə olunması
  • Əməyin miqdarı və keyfiyyətindən asılı olaraq ödəniş.
  • Hər bir işçinin əmək haqqı qovluğunun saxlanması

“ Finance Consulting and Audit ” şirkətinin qazandığı etibarın təməlində, Azərbaycan Respublikasının elitasına daxil olan müştərilər ilə uzunmüddətli və müvəffəqiyyətli əməkdaşlıq durur. Bu əməkdaşlığın zamini isə peşəkarlığımız, məsuliyyətimiz və komandamızın davranış etikasıdır.

Professional
Komanda

Çoxillik təcrübələri ilə mütəxəssislərimiz istənilən tapşırığınızı ən optimal üsulla həll edir.

Mütəmadi
Məlumatlandırma

İşlərinizin gedişatınız bütün mərhələlərdə sizə hesabat edərək işə nəzarətə rahat şərait yaradırıq.

Xidmətlərimiz

XİDMƏTLƏR PDF YÜKLƏXidmətlərimiz haqqında buradan öyrənin!

Dəstək

Bizə istədiyiniz vaxt müraciət edə bilərsiniz. Elə indicə, bizə zəng edin və ya e-mail vasitəsilə sizi maraqlandıran suallarınızı ünvanlayın. Xidmətlərimizdən yararlanmağa və biznesinizdə müsbət dinamika əldə etməyə tələsin!

+994507779011
info@fca.az

Share This
error: Kontentin müəllif hüquqları qorunmaqdadır.