AzərbaycanMobilMobilŞəhər nömrəsi B.E-B 09:00-18:00 +99450 777 9011+99450 777 9011 B.E-B 09:00-18:00 +99412 496 17 38
info@fca.az
Peşəkar
Komanda
Keyfiyyətli
Xidmət
Məmnun
Müştərilər
TƏKLİF AL
FCA > Xidmətlərimiz > Audit Xidmətləri

Audit Xidmətləri

Audit yalnız təşkilatın maliyyə hesabatlarına deyil, həm də təşkilatın əməliyyat fəaliyyətinə yönəldilir. Auditor olaraq səhmdarların (təsisçilərin) maraqlarını qoruyub saxlamaq bizim prioritetimizdir!

Əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılması audit adlanır.

Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədi ilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir. Bu marağın qorunması, “ Finance Consulting and Audit ” şirkətinin peşəkar işçi heyəti tərəfindən, böyük məsuliyyətlə təmin edilir.

 

Audit işlərinə dair sizə göstərəcəyimiz xidmətlər:

  • Audit rəyinin verilməsi
  • Azərbaycanın milli mühasibat uçotu standartlarına uyğun maliyyə (mühasibat) auditi
  • Beynəlxalq maliyyə uçot standartlarına uyğun maliyyə hesabatının auditi
  • Daxili nəzarət sisteminin qiymətləndirilməsi
  • Standart Audit
  • Daxili Auditlər
  • Xüsusi Auditlər
  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələbləri yerinə yetirmək məqsədilə illik maliyyə hesabatlarının verilməsi ilə əlaqədar audit.
  • Şirkətlərə risklərə əsaslanan daxili audit metodologiyalarını hazırlamaq və tətbiq etmək
  • Şirkətlərə risklərin qiymətləndirilməsi və testlərini aparmağa kömək etmək
  • Daxili nəzarət sistemlərinin yaradılması haqqında məsləhətlər
  • Maliyyə hesabatlarının auditi
  • Maliyyə hesabatlarının nəzərdən keçirilməsi
  • Məhkəmə-mühasibat ekspertizası və tədqiqatları
  • Məcburi audit
  • Vergi auditi
  • Biznes proseslərin auditi
  • Hesablama-ödəmə cədvəllərinin auditi (payroll)
  • İT auditi
  • Ekoloji audit

“ Finance Consulting and Audit ” şirkətinin qazandığı etibarın təməlində, Azərbaycan Respublikasının elitasına daxil olan müştərilər ilə uzunmüddətli və müvəffəqiyyətli əməkdaşlıq durur. Bu əməkdaşlığın zamini isə peşəkarlığımız, məsuliyyətimiz və komandamızın davranış etikasıdır.

Professional
Komanda

Çoxillik təcrübələri ilə mütəxəssislərimiz istənilən tapşırığınızı ən optimal üsulla həll edir.

Mütəmadi
Məlumatlandırma

İşlərinizin gedişatınız bütün mərhələlərdə sizə hesabat edərək işə nəzarətə rahat şərait yaradırıq.

Xidmətlərimiz

XİDMƏTLƏR PDF YÜKLƏXidmətlərimiz haqqında buradan öyrənin!

Dəstək

Bizə istədiyiniz vaxt müraciət edə bilərsiniz. Elə indicə, bizə zəng edin və ya e-mail vasitəsilə sizi maraqlandıran suallarınızı ünvanlayın. Xidmətlərimizdən yararlanmağa və biznesinizdə müsbət dinamika əldə etməyə tələsin!

+994507779011
info@fca.az

Share This
error: Kontentin müəllif hüquqları qorunmaqdadır.