Dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin mənimsəməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödəniş vergi adlanır.
Biz müştərilərimizə mövcud qanunvericiliklə ayaqlaşmaq, vergi öhdəliklərini optimallaşdırmaq və mübahisə yarandığı zaman vergi və digər dövlət orqanları ilə effektiv həll yolları tapmaq məqsədilə dolğun vergi və hüquq xidmətləri təqdim edirik. Bizim vergi və hüquq xidmətləri sizin işgüzar strategiyalarınızın və məqsədlərinizin kontekstində vergi və hüquqi problemlərinizi həll etməyə kömək edəcək. “ Finance Consulting and Audit ” şirkəti olaraq müştərilərimizi vergi və hüquq sahəsində əhəmiyyətli dəyişikliklər barədə daimi olaraq məlumatlandırır, bundan ötrü müntəzəm vergi və hüquq yeniliklərini hazırlamağı öz öhdəmizə götürürük.
Vergi və hüquq işlərinə dair sizə göstərəcəyimiz xidmətlər:
“ Finance Consulting and Audit ” şirkətinin qazandığı etibarın təməlində, Azərbaycan Respublikasının elitasına daxil olan müştərilər ilə uzunmüddətli və müvəffəqiyyətli əməkdaşlıq durur. Bu əməkdaşlığın zamini isə peşəkarlığımız, məsuliyyətimiz və komandamızın davranış etikasıdır.
Çoxillik təcrübələri ilə mütəxəssislərimiz istənilən tapşırığınızı ən optimal üsulla həll edir.
İşlərinizin gedişatınız bütün mərhələlərdə sizə hesabat edərək işə nəzarətə rahat şərait yaradırıq.
Bizə istədiyiniz vaxt müraciət edə bilərsiniz. Elə indicə, bizə zəng edin və ya e-mail vasitəsilə sizi maraqlandıran suallarınızı ünvanlayın. Xidmətlərimizdən yararlanmağa və biznesinizdə müsbət dinamika əldə etməyə tələsin!